ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilən G20 sammitində təkbətək görüş keçirib. ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilən G20 sammitində təkbətək görüş keçirib.

Putinlə Tramp arasında görüş 2 saatdan artıq davam edib - Yenilənib (Video)

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilən G20 sammitində təkbətək görüş keçirib.

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, prezidentlər arasında 2 saat 20 dəqiqə davam edən görüş başa çatıb.

İlk söhbətə başlayab Tramp Rusiya lideri ilə görüşdən və cari məsələləri müzakirə etməkdən məmnunluq duyduğunu ifadə edib. Öz növbəsində Putin, daha əvvəlz yalnız telefonla ünsiyyət yaratdığı Trampla görüşdən şad olduğunu bildirib. Onun sözlərinə görə, ikitərəfli və beynəlxalq gündəliyin ən əhəmiyyətli və kəskin məsələlərini telefonda müzakirə etmək kifayət etmir. Bunun üçün, mütləq görüşmək lazımdır.

***

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu Donald Trampın prezident seçildikdən sonra Putinlə ilk rəsmi görüşüdür. Daha əvvəl, liderlər arasında yalnız telefon danışığı olub.

Danışıqlarda həmçinin ABŞ-ın dövlət katibi Reks Tillerson, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və tərcüməçi iştirak edib. Görüşdən əvvəl Putin ikitərəfli əlaqələr və beynəlxalq siyasi məsələləri müzakirə etmək istədiyini bildirib. Putin həmçinin, görüşün səmərəli alınacağına ümid etdiyini deyib.