“Ermənistanın azərbaycanlı dinc sakinlərə hücumu BMT-nin tələblərinə qarşı ziddir” – AP- in deputatı

Ermənistanın azərbaycanlı dinc sakinlərə hücum etməsi BMT-nin və Avropa Parlamentinin çoxsaylı qətnamələrinə qarşı tamamilə ziddir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rumıniyanın Avropa Parlamentindəki deputatı Ramona Manesku Alxanlıda 2 yaşlı Zəhra və nənəsinin öldürülməsi ilə bağlı münasibətində deyib.

“Mən Alxanlıya Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlar və qumbaraatanlardan edilən hücumları qətiyyətlə qınayıram. Bu hücum BMT-nin və Avropa Parlamentinin çoxsaylı qətnamələrinə qarşı tamamilə ziddir. Bu qətnamələr erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir”

Manesku qeyd edib ki, daha çox narahatlıq doğuran fakt odur ki, bu hadisə Dağlıq Qarabağın işğal olunmamış hissəsində baş verib.

“İstənilən beynəlxalq və ya milli qanunvericiliyə əsasən, heç bir dinc əhalinin başqa dövlətin silahlı qüvvələri tərəfindən öldürülməsinə yol verilmir. Bu, dövlətin suverenliyinə birbaşa hücumdur”

Bəxtiyar Abbasov

AzNews.az