Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri gözlənilir.

Ərdoğan Körfəz ölkələrinə səfərə hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri gözlənilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, səfərin əsas məqsədi Qətər böhranını aradan qaldırmaq olacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə açıqlama verib.

“Körfəz bölgəsində belə bir böhranın yaranmasına görə çox təəssüf edirik. Bu böhranın ən qısa müddət ərzində qarşılıqlı hörmət və bərabərlik əsasında həll olunmasını arzu edirik. Qətər xalqına təsir edən sanksiyaları doğru hesab etmirik” – deyə Çavuşoğlu qeyd edib.

Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə təqsirləndirərək bu ölkə ilə diplomatik əlaqələrini dayandırıb.

Türkiyə böhran yaranandan etibarən Qətərə 200 təyyarə ərzaq və lazımi vəsait çatdırıb.

Bəxtiyar Abbasov

AzNews.az