Əfqanıstanın silahlı qüvvələri ölkə miqyasında terrorçulara qarşı əməliyyatlar keçirib. Əfqanıstanın silahlı qüvvələri ölkə miqyasında terrorçulara qarşı əməliyyatlar keçirib.

Əfqanıstanda 98 terrorçu zərərsizləşdirildi

Əfqanıstanın silahlı qüvvələri ölkə miqyasında terrorçulara qarşı əməliyyatlar keçirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində azı 98 terrorçu zərərsizləşdirilib. Onların arasında müxtəlif terror qruplaşmalarının, o cümlədən, “Taliban” və “İŞİD” qruplaşmalarının da üzvləri var.

Əməliyyatlar zamanı 36 nəfər yaralanıb, həmçinin, çoxlu sayda silah-sursat da müsadirə olunub.

Son günlərdə “Taliban” silahlılarının hərbçilərə və polislərə qarşı hücumları artıb.

Bəxtiyar Abbasov

AzNews.az