Türkiyə təyyarəsində bomba həyəcanı - Əlcəzairə təcili eniş etdi

İstanbul-Kasablanka reysi ilə uçan “Turkish Airlines” təyyarəsinin göyərtəsində bomba olması ilə bağlı məlumat yayılıb.

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, bu səbəbdən təyyarə Əlcəzairə təcili eniş etməli olub.

Bu barədə "Algerie Presse Service" yaydığı məlumata görə, təyyarə eniş edən kimi, sərnişinlər və ekipaj üzrləri təxliyə olunublar.

Yoxlama zamanı təyyarənin göyərtəsində partlayıcı qurğu aşkarlanmayıb.