Müdafiə naziri istefa verdi

Yaponiyanın müdafiə naziri Tomomi İnada vəzifəsindən istefa verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazirin vəzifədən getməsinə səbəb Yaponiyanın Cənubi Sudandakı sülh missiyası ilə bağlı yaranan skandal olub.

Məlumata görə, sülh missiyası zamanı müəyyən gündəlik sənədlər hökumətdən qəsdlə gizli saxlanılıb. Müdafiə Nazirliyi bu sənədlərin atıldığını bildirsə də, araşdırmalar zamanı sənədlər üzə çıxıb.

Nazir səhvə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Tomomi İnada baş nazir Sindzo Abenin protejesi və müttəfiqi idi.

Bəxtiyar Abbasov

AzNews.az