Terror hadisəsi - 15 nəfər öldü, 30-u yaralandı

Pakistanın Kvetta şəhərində təhlükəsizlik qüvvələrinin hədəf alındığı terror hadisəsi təşkil edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 8-i təhlükəsizlik əməkdaşı olmaqla 15 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.

Bombalı hücuma görə məsuliyyəti hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib.