Avqustun 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində Bakının “İnter” komandası öz meydanında “Qəbələ” klubu ilə qarşılaşıb. Avqustun 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində Bakının “İnter” komandası öz meydanında “Qəbələ” klubu ilə qarşılaşıb.

“Qəbələ” - “İnter” 2:1

Avqustun 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində Bakının “İnter” komandası öz meydanında “Qəbələ” klubu ilə qarşılaşıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, baş hakim Ömər Paşayevin idarə etdiyi matçda “Qəbələ” rəqibinə 2:1 hesabı ilə qalib gələrək bu mövsüm ilk üç xalını qazanıb.

“İnter Arena”da keçirilən görüşün 13-cü dəqiqəsində Elvin Məmmədov hesabı açıb. Bundan 11 dəqiqə sonra Filip Ozobiç penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin 70-ci dəqiqədə “İnter” hesab arasındakı fərqi azaldıb. Topu qəbələlilərin qapısından Pərdis Fərcad-Azad keçirib. Matçın qalan hissəsində başqa qol olmayıb.

Qeyd edək ki, Premyer Liqanın digər oyunu avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Səbail” komandaları arasında keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

İlk tura həmin gün saat 21:00-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Kəpəz” (Gəncə) matçı ilə yekun vurulacaq.