İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun sosial şəbəkədə paylaşdığı karikatura qalmaqala səbəb olub. İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun sosial şəbəkədə paylaşdığı karikatura qalmaqala səbəb olub.

Netanyahunun oğlu yəhudilərə qarşı çıxdı

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun sosial şəbəkədə paylaşdığı karikatura qalmaqala səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail rəsmi dairləri və ictimai xadimləri Yair Netanyahunun bu hərəkətini kəskin tənqid ediblər.

İsrailin sabiq baş naziri Ehud Barak Yair Netanyahunu “psix” adlandırıb və ona həkimə getməyi məsləhət görüb.

“Qida zənciri” adlı karikaturada qida sektorunun yəhudilər tərəfindən idarə edildiyi əks olunur. Karikaturada milyarder Corc Soros sürünən bir canlının qarşısında ucunda “dünya” olan bir tilov tutur.

Tənqidlərə baxmayaraq, karikatura ABŞ-da neo-nasistlər tərəfindən təqdirlə qarşılanıb.

Bəxtiyar Abbasov

AzNews.az