Kataloniya bu həftəsonu müstəqilliyini elan edəcək. Kataloniya bu həftəsonu müstəqilliyini elan edəcək.

Kataloniya müstəqilliyini elan etməyə hazırlaşır

Kataloniya bu həftəsonu müstəqilliyini elan edəcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya muxtar regionun lideri Karles Puçdemon bu barədə bəyanat səsləndirib. Puçdemon qeyd edib ki, rəsmi Madridin Kataloniya hökumətinə müdaxiləsi mümkün deyil. Onun sözlərinə görə, əgər hər hansı bir müdaxilə olarsa, bu, bütün İspaniyada dəyişikliyə səbəb olacaq bir səhv ola bilər.

Bu arada İspaniya kralı 6-cı Flipp bildirib ki, Kataloniya seçiciləri referendumda səs verməklə İspaniya qanunlarından kənara çıxıblar. Kral ölkədə siyasi-humanitar vəziyyətin son dərəcə böhranlı olduğunu deyib və ölkəni həmrəyliyə çağırıb.

Qeyd edək ki, referendum zamanı polislə qarşıdurmalar nəticəsində 900-ə yaxın etirazçı xəsarət alıb.

Bəxtiyar Abbasov

AzNews.az