Pakistanda avtobus qəzası - 14 ölü

Pakistanın Bəlucistan əyalətində avtobusun furqonla toqquşması nəticəsində 14 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, furqonda piknikə yollanan gənclər olub.

Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

AzNews.az