GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq. GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze söyləyib.

Nazir deyib:

“Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”.

“GUAM ölkələrinin azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlərin olacağını gözləyirik” - deyə, M.Canelidze vurğulayıb.

AzNews.az