Hakimiyyət danışıqlara hazırdır

Suriya hakimiyyəti silahlı müxalifətlə danışıqlara hazırdır.


Trend-in "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın xarici işlər naziri Vəlid Muallim Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Lavrov, öz növbəsində, qeyd edib ki, Rusiyanın Suriya ilə bağlı mövqeyi hər hansı insanlara dəstək verilməsinə əsaslanmır, Suriyanın taleyinə görə narahatlığa söykənir.

AzNews.az