Sanksiyalar götürülə bilər - Səfir şərtləri açıqladı

“Ukraynadakı vəziyyəti həll etmək üçün razılaşmaq mümkün olarsa, sanksiyalar aradan qaldırılacaq”.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bildirib. Səfir bildirib ki, ABŞ Ukraynadakı münaqişənin erkən həll edilməsinə ümid edir. Bundan sonra Vaşinqton Rusiyadan sanksiyaların qaldırılmasına başlayacaq.

— Sanksiyaların aradan qaldırılması bu məsələdə qarşı tərəfin necə hərəkət etməsindən asılı olacaq. Mən hesab edirəm ki, biz bu məsələnin tarixinə nəzər salmalıyıq və başa düşməliyik ki, niyə problem həll olunmadan yerində duraraq qalıb. Ukrayna məsələsinə görə, bir çox sanksiyalar nəinki, ABŞ, o cümlədən Aİ tərəfindən də qoyulub, - deyə Sankt-Peterburq telekanalına verdiyi müsahibədə diplomat bildirib.

O, Ukraynadakı vəziyyətin həlli ilə bağlı razılığa gəlmək üçün "mübahisəli sualların həllində ciddi səylər tələb olunur, lakin Rusiya və ABŞ danışıqları davam etdirməlidir və ilk növbədə sanksiya problemi yaradan məsələlərə diqqət yetirməlidirlər", - deyə bildirib.

- Əsas vəzifə Donbassda zorakılığın dayandırılmasıdır. Niyə buna ABŞ müdaxilə etdi? Çünki bunlar beynəlxalq hüquq və ərazi bütövlüyü məsələləridir. Onlar yalnız ABŞ üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün çox vacibdir , - Hantsman deyib.