BMT-nin Siyasi İşlər üzrə baş katibinin müavini Feltman altı ildən sonra Şimali Koreyaya səfər edən ilk BMT nümayəndəsi olacaq. BMT-nin Siyasi İşlər üzrə baş katibinin müavini Feltman altı ildən sonra Şimali Koreyaya səfər edən ilk BMT nümayəndəsi olacaq.

BMT-dən Şimali Koreyaya səfər - 6 ildən sonra

BMT-nin Siyasi İşlər üzrə baş katibinin müavini Feltman altı ildən sonra Şimali Koreyaya səfər edən ilk BMT nümayəndəsi olacaq.

AzNews.az xəbər verir ki, Cefri Feltman 5-8 dekabr tarixlərində Şimali Koreyada səfərdə olacaq. BMT Baş katibinin sözçüsünün verdiyi məlumata görə, Feltman bu gün Şimali Koreyanın paytaxtı Pxenyana səfər edəcək.

Şimali Koreynın sentyabr ayındakı dəvəti ilə əlaqədar Feltmanın "siyasi dialoq" üçün səfər etdiyi qeyd edilən açıqlamada onun Şimali Koreyanın daxili işlər naziri Ri Yonq Ho, Nazir müavini Pak Myonq Quk və ölkədəki BMT nümayəndə heyətilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, ölkənin lideri Kim Çen İn ilə görüşü gözlənilməyən Feltman, 6 illik fasilədən sonra Şimali Koreyaya ilk ziyarət edən BMT səlahiyyətlisi olacaq. Koreyaya sonuncu dəfə 2011-ci ilin oktyabrında o dönəmin BMT-nin Humanitar yardım koordinatoru Valeri Amos səfər etmişdi.