Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb

Türkiyə prezidenti bunu İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə həsr olunmuş iclasında çıxışı zamanı bəyan edib.

AzNews.az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, Ərdoğan deyib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması radikal cərəyanların maraqlarına xidmət edir.