- Qərb
- 18:03
- 978
Baş Qərargah rəisi: Atəşkəs sadəcə fasilədir, ABŞ döyüş əməliyyatlarını bərpa etməyə hazırdır
Atəşkəs sadəcə fasilədir, döyüş əməliyyatlarını bərpa etməyə hazırıq.
Aznews.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.
“Gəlin aydın deyək: atəşkəs sadəcə fasilədir və Birləşmiş Qüvvələr əmr verildiyi və ya tələb olunduğu təqdirdə, döyüş əməliyyatlarını bərpa etməyə hazırdır. Ümid edirik ki, buna ehtiyac olmayacaq”, - o bildirib.