İndoneziyada güclü zəlzələ olub

İndoneziyanın Yava adasında güclü zəlzələ çox sayda insan tələfatına və binaların çökməsinə səbəb olub. Rəsmilər sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya televiziyasında insanların təlaş içərisində küçələrə axışdığı göstərilib. Milli Fəlakət Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho deyib ki, ölənlər olsa da, dəqiq məlumat yoxdur. Tasikmalaya şəhərində binaların çökdüyü barədə də məlumat var.

Nuqroho zəlzələdən sonra Cakartada yeraltı təkanların 20 saniyə davam etdiyini deyib.

ABŞ-ın geologiya idarəsindən verilən məlumata görə, 6.5 bal gücündə zəlzələ 95 kilometr dərinlikdə baş verib.

İndoneziya rəsmiləri həmin gücdə zəlzələnin Yava adası yaxınlığında olduğunu da bildirir.