Meksikanın Verakrus ştatında 35 yaşlı jurnalist Qumaro Peres qətlə yetirilib. Meksikanın Verakrus ştatında 35 yaşlı jurnalist Qumaro Peres qətlə yetirilib.

Jurnalist hamının gözü qarşısında öldürüldü

Meksikanın Verakrus ştatında 35 yaşlı jurnalist Qumaro Peres qətlə yetirilib.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, naməlum şəxs yeni il şənliyində jurnalistə atəş açaraq onu öldürüb.

Həmin vaxt Peres 6 yaşlı oğlunun şənliyində iştirak edirmiş.

Məlumata görə, Peres ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı araşdırma aparırmış.

Sərhədsiz reportyorlar təşkilatının məlumatına görə, Meksika dünyada jurnalistlər üçün ən təhlükəli ölkə sayılır.

2000-ci ildən bu yana Meksikada 111 jurnalist öldürülüb.