- Köhnə - Dünya
- 22 Dekabr 2017 13:15
- 3 626
Bankın qarşısında ürəktutmasından keçindi - Borcu var imiş

Rusiyanın paytaxtı Moskvada bankların birinin qarşısında kişi meyiti tapılıb.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Komsomol prospektində yerləşən bankın qarşısında səhər saatlarında kişi meyiti aşkar olunub.
Bank işçilərindən biri işə gələrkən gördüyü mənzərədən şok keçirib.
Tapılan meyitin 40-45 yaşlarında olduğu ehtimal edilir. Bəzi ehtimallara görə, meyiti tapılan kişinin banka borcu var imiş. Borcu ödəyə bilmədiyindən kişinin ürəyi partlayıb. Meyit üzərində heç bir zorakılıq əlaməti olmayıb. Tibb ekspertiza onun ürəktutmasından öldüyü qənaətindədir.