Çin BMT qərarlarına uyğun tətbiq edilən sanksiyaların bir hissəsi olaraq noyabr ayından Şimali Koreyaya neft göndərməyib. Çin BMT qərarlarına uyğun tətbiq edilən sanksiyaların bir hissəsi olaraq noyabr ayından Şimali Koreyaya neft göndərməyib.

Çin Şimali Koreyanı cəzalandırdı

Çin BMT qərarlarına uyğun tətbiq edilən sanksiyaların bir hissəsi olaraq noyabr ayından Şimali Koreyaya neft göndərməyib.

AzNews.az xəbər verir ki, Çin Şimali Koreyaya qarşı 2017-ci ilin əvvəllərində BMT-də neft ixracına dair limit məsələsi üzrə qəbul edilmiş sanksiyalar istiqamətində noyabr ayında Şimali Koreyaya neft ixracını dayandırıb.

BMT-nin nüvə və ballistik raket proqramlarına dair sanksiya qərarı çərçivəsində Şimali Koreyaya ildə 500 min barrel neft ixrac ediləcəyi qəraralaşdırılmışdı. Sanksiyalar çərçivəsində, Pekin rəhbərliyi noyabr ayı boyunca Koreyaya neftlə yanaşı, dəmir, kömür və güllə da ixraç etməyib.

Çin Gömrük İdarəsinin statistikasına görə, Şimali Koreyanın "əsas yanacaq mənbəyi" olan Çin "təcrid olunmuş qonşusuna" keçən ay ərzində benzin, dizel və təyyarə yanacağı da göndərməyib.

Ölkənin xarici siyasətinə nəzərən, Pekin rəhbərliyinin bu hərəkəti son dərəcə nadir bir tətbiqdir. Çin sonuncu dəfə 2013-cü ilinj martında Pxenyan rəhbərliyinin Koreya yarımadası ilə Yaponya arasındaki dənizə göndərdiyi raketdən sonra üç gün ərzində Şimali Koreyaya neft ixracını dayandırmışdı.