Dünya ekspertləri yaşından və vəzifəsindən asılı olmayaraq insanların bir-birinə Yeni ildə etdiyi hədiyyələrin siyahısını açıqlayıb. Dünya ekspertləri yaşından və vəzifəsindən asılı olmayaraq insanların bir-birinə Yeni ildə etdiyi hədiyyələrin siyahısını açıqlayıb.

Yeni ildə insanlar bir-birinə nə hədiyyə edir? Siyahı

Dünya ekspertləri yaşından və vəzifəsindən asılı olmayaraq insanların bir-birinə Yeni ildə etdiyi hədiyyələrin siyahısını açıqlayıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu hədiyyələr spesifikliyi ilə seçilir. Belə ki, onları son saniyələrə qədər tapıb əldə etmək olar.

Dünya ölkələrində Yeni il bayramında ən çox olunan hədiyyə şokolad sayılır. Şokoladı həm uşaqlar, həm də yaşlılar xoşlayır.

Bununla yanaşı, kitab, video-oyunlar, oyun konstruktorları uşaqlara və yeniyetmələr hədiyyə edilən əşyalar sırasındadır.

Asiyada belə bir ənənə mövcuddur ki, uşaqlara yeni banknotlar verilməlidir. Bununla yanaşı, günəbaxan tumlarından ibarət peçenyelər hədiyyə edilir. Bu peçenyelər varlılıq rəmzi sayılır.

Yunanıstanda, Rumıniyada və Kolumbiyada qərənfil və portağal, Çin və Yaponiyada təzə meyvələr hədiyyə sayılır. Bu isə yenilənmə mənasını verir. Bundan başqa, Yeni il dekoru bağışlamaq da dəbdir. Statistikaya görə, ən çox satılan Yeni il hədiyyəsi yumşaq oyuncaqlar, xüsusilə də balaca ayı balasıdır.