Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə şərti olaraq 3 illik həbs cəzası kəsib. Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə şərti olaraq 3 illik həbs cəzası kəsib.

Mixail Saakaşviliyə 3 il həbs

Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə şərti olaraq 3 illik həbs cəzası kəsib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu, keçmiş prezidentin Gürcüstana ekstradisiyası üçün onun barəsində çıxarılmış birinci hökmdür.

Xatırladaq ki, oktyabrın sonunda Mixail Saakaşvili bəyan edib ki, Ukrayna Baş Prokurorluğu onun həbsi və Gürcüstana verilməsi üçün sənədlər hazırlayır.

Gürcüstan Baş Prokurorluğu məlumatı təsdiq edərək onun şərti həbsi və istintaq izolyatoruna salınacağı barədə bəyanat verib.

Saakaşvilinin vətənə qayıdacağı təqdirdə həbs olunması onun tərəfdarlarının yeni etiraz aksiyaları ilə müşayiət olunacaq.