- Köhnə - Dünya
- 12 Yanvar 2018 10:16
- 4 721
“Facebook” büyük bir dəyişiklik edəcək - reklam məhdudlaşır

"Facebook"un qurucusu Mark Zukkerberq yaxın zamanda şəbəkədə "reklam, xəbər və təqdimat" məzmunlu məlumatların əsaslı şəkildə azaldılması kimi önəmli bir dəyişiklik edəcəyini açıqlayıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Zukkerberq bu cür məlumatların əvəzində əsas səhifədə daha çox "ailə və dost qaynaqlı" məzmun və paylaşımların görünəcəyini söyləyib.
Texnologiya nəhəngi "Facebook" istifadəçi yönümlü bu dəyişikliyin bir çox qurumun izləyicilərlə əlaqəsinə təsiri olacağını da təsdiqləyib.