- Köhnə - Dünya
- 13 Yanvar 2018 09:59
- 2 440
Məşhur Hollivud prodüseri vəfat etdi

Britaniyalı quruluşçu rəssam, ikiqat Oskar mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib.
AzNews.az xəbər verir ki, o, uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib.
T.Marş “Şouşenqdən qaçış”, “Qırmızı oktyabrın ovu” və “Yaşıl mil” filmlərin art-direktoru olub. “Doktor Jivaqo”(1965) və “Oliver”(1968) filmlərdəki işinə görə rəssam iki Oskar mükafatına layiq görülüb.
T.Marş karyerasına 2001-ci ildə son qoyub. Onun son filmi “Pik saatı-2” filmi olub.