- Köhnə - Dünya
- 8 Mart 2013 10:40
- 1 784
Misirdə parlament seçkiləri təxirə salındı

Komissiyanın bəyanatında deyilir ki, seçkilərin təxirə salınması Misirin inzibati məhkəməsinin prezident Məhəmməd Mursinin parlament seçkilərinin aprelin 22-də keçirilməsi ilə bağlı qərarını ləğv etməsi ilə bağlıdır.
Martın 6-da məhkəmə bəyan etdi ki, yeni qanunun Konstitusiyaya zidd olması ilə bağlı 14 şikayət daxil olub. Məhkəmə qanun layihəsinin düzəliş edilmiş variantının Konstitusiya Məhkəməsinin müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edib.
AzNews.az