Çində pələnglər bir nəfəri parçalayıb. Çində pələnglər bir nəfəri parçalayıb.

Bilet almayan çinli pələnglərə yem oldu

Çində pələnglər bir nəfəri parçalayıb.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Çində zooparka girmək üçün bilet pulu vermək istəməyən şəxs, ailəsinin gözü önündə Sibir pələnglərinə yem olub.

Belə ki, Zanq adlı çinli zooparkın hasarından içəri girərkən pələnglər tərəfindən parçalanıb. Zanq həyat yoldaşı və uşaqları üçün bilet alsa da özü biletsiz içəri keçməyə çalışıb.

O, 3 metr hündürlüyündəki hasara dırmanaraq Sibir pələnglərinin olduğu yerə düşüb. Onun meyitini götürmək üçün polislər pələnglərdən birini öldürmək məcburiyyətidə qalıblar.