Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefonla danışıb. Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefonla danışıb.

Makronla Tramp Suriyanı müzakirə etdilər

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefonla danışıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iki lider BMT-nin Suriya ilə bağlı 2401 saylı qərarının dərhal yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

Suriyaya edilən yardımların çatdırılması və təxliyyələrin edilə bilməsi üçün Makron və Tramp birgə hərəkət etməyə qərar veriblər.

Makron həmçinin kimyəvi silahların istifadə edilməsinə qarşı olduğunu, kimyəvi silahın tətbiq ediləcəyi təqdirdə buna cavablarının sərt olacağını açıqlayıb.