Tramp Tillersonu işdən kənarlaşdırdı

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu barədə Twitter-də yazıb.

Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun təyin ediləcəyi gözlənilir.