10 il ölmüş nənəsinin pensiyasını aldı

İtaliyada 40 yaşlı vətəndaş 10 il əvvəl ölən nənəsinin pensiyasını alıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, onun dövlətə vurduğu zərər 200 min avro həcmində qiymətləndirilir. Qeyd edək ki, italiyalı aldığı pensiyanı xarici səfərlərdə xərcləyirmiş.

Rəsmi dairələr dərhal onun bank hesablarını dondurublar və işi prokurorluğa göndəriblər.