İspaniyada təyyarə qəzaya uğradı - Ölənlər var

İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qəza nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə bölmələri və həkimlər cəlb edilib. Lakin onlar təyyarədəki insanların həyatını xilas edə bilməyiblər.

Ölənlərin milliyyəti müəyyən edilməyib.

Təyyarə Portuqaliyanın Kaşkayş şəhərindən Reus hava limanına doğru uçurmuş.

AzNews.az