İraqda daha bir partlayış - 8 nəfər öldü

İraqın paytaxtı Bağdadda partlayış törədilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin şimal bölgəsində parkda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə yerinə İraq güc strukturlarının əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

AzNews.az