“Onlara da söylədim ki, belə bir təklif gülməlidir” - Elmar Məmmədyarov

“Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, həmsədrlərlə bu yaxınlarda Parisdə keçirilən görüşdə bu məsələ müzakirə edilib: “Onlara da söylədim ki, belə bir təklif gülməlidir”.

AzNews.az