Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) 200 min dollar məbləğində rüşvət aldığı üçün Prezidentin köməkçisi Sergey Rovneykonu saxlayıb. Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) 200 min dollar məbləğində rüşvət aldığı üçün Prezidentin köməkçisi Sergey Rovneykonu saxlayıb.

Lukaşenkonun köməkçisi rüşvət üstündə tutuldu

Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) 200 min dollar məbləğində rüşvət aldığı üçün Prezidentin köməkçisi Sergey Rovneykonu saxlayıb.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə DTK-nın mətbuat xidməti məlumat yayıb.

Komitəyə artıq bir ildir onun rüşvət alması barədə məlumat daxil olubmuş. Araşdırma zamanı məlum olub ki, o, öz kurasiyasında olan məsələlərin həlli zaman rüşvət alırmış.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun sanksiyasından sonra operativ-əməliyyat tədbirləri keçirilib və o, növbəti dəfə rüşvət alan zaman tutulub. Cinayəti sübut olunarsa Sergey Rovneyko 15 il müddətinə azadlıqdan məhrum ediləcək.

AzNews.az