Hindistan parlamenti təcavüz və digər cinsi hücum günahlarının cəzalarını iki qat artıran qanun layihəsini təsdiqləyib. Qanun layihəsinə əsasən, təcavüz kimi cinayətlərin cəzası 7-10 ildən 20 ilə çıxacaq. Hindistan parlamenti təcavüz və digər cinsi hücum günahlarının cəzalarını iki qat artıran qanun layihəsini təsdiqləyib. Qanun layihəsinə əsasən, təcavüz kimi cinayətlərin cəzası 7-10 ildən 20 ilə çıxacaq.

Hindistanda təcavüz cəzası 20 ilə qaldırılıb

Hindistan parlamenti təcavüz və digər cinsi hücum günahlarının cəzalarını iki qat artıran qanun layihəsini təsdiqləyib. Qanun layihəsinə əsasən, təcavüz kimi cinayətlərin cəzası 7-10 ildən 20 ilə çıxacaq.


Hindistan parlamentində 7 saatlıq görüşdən sonra, təcavüz etmə, müşahidə etmə, yandırıcı maddələrlə hücum kimi cinayətlərə daha ağır cəzalar gətirilməsi təsdiqlənib.
Qanunda qurbanın ölümünə və ya təcavüzünə gətirib çıxaran hadisələr üçün Hindistanda nadir olaraq verilən edam cəzası da iştirak edir.
 Yeni qanun kütləvi təcavüz, yetkinlik yaşında olmayan birinə təcavüz, polis ya da səlahiyyətli birinin təcavüzü kimi cinayətlər üçün nəzərdə tutulan cəzanı iki qat artıraraq 20 ilə çıxarır. Bu cəzanın ömür boyu həbs cəzasına çevrilməsi də mümkündür.
Mövcud qanunlarda isə təcavüz edənlərə 7-10 il arasında həbs cəzası verilirdi.
Xatırladaq ki, Hindistanda dekabr ayının 16-da 23 yaşında bir qadın avtobusda 6 nəfər tərəfindən təcavüzə uğramış və aparıldığı xəstəxanada həyatını itirmişdi. Hadisə, ölkədə böyük etirazlara səbəb olmuş və beynəlxalq sahədə böyük əks-səda oyandırmışdı. Qeyd edək ki, Hindistanda oxşar hadisə keçən şənbə də baş verib. İsveçrəli bir turist kütləvi təcavüzə məruz qalıb.

Xəyalə Məmmədova
AzNews.az