Soyğunçuluqda şübhəli bilinən Ələt qəsəbə sakini Əvəz Abbasov saxlanılıb. Soyğunçuluqda şübhəli bilinən Ələt qəsəbə sakini Əvəz Abbasov saxlanılıb.

Keçmiş məhkum yenidən tutuldu

Soyğunçuluqda şübhəli bilinən Ələt qəsəbə sakini Əvəz Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əvəz Abbasov isti izlərlə yaxalanıb.

Belə ki, iyunun 8-də Ələt qəsəbəsi ərazisində qəsəbə sakini olan bir yeniyetmənin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Əvəz Abbasov saxlanılıb.