ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı ölkələri müdafiə xərclərinin hüquqi cəhətdən qeyri-bərabər balansından qazanırlar. “Almaniya ÜDM-in 1 faizini (tələsmədən) NATO-ya yönəltdiyi halda, biz daha böyük ÜDM-dən 4 faiz ödəyirik. Doğrudanmı, kimsə inanır ki, bütün bunların bir mənası var?”. ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı ölkələri müdafiə xərclərinin hüquqi cəhətdən qeyri-bərabər balansından qazanırlar. “Almaniya ÜDM-in 1 faizini (tələsmədən) NATO-ya yönəltdiyi halda, biz daha böyük ÜDM-dən 4 faiz ödəyirik. Doğrudanmı, kimsə inanır ki, bütün bunların bir mənası var?”.

Tramp Merkeli hədələyir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı ölkələri müdafiə xərclərinin hüquqi cəhətdən qeyri-bərabər balansından qazanırlar. “Almaniya ÜDM-in 1 faizini (tələsmədən) NATO-ya yönəltdiyi halda, biz daha böyük ÜDM-dən 4 faiz ödəyirik. Doğrudanmı, kimsə inanır ki, bütün bunların bir mənası var?”.

AZƏRTAC xəbər verir ki, bu barədə Donald Tramp iyunun 11-də özünün “Twitter” səhifəsində qeyd edib və hədə ilə “Dəyişiklik olacaq” yazıb. Onun fikrincə, Avropa İttifaqı ölkələri nəinki ABŞ-ın hərbi müdafiəsindən faydalanır, həm də ticarət münasibətlərində ABŞ-ın hesabına qazanırlar: “ABŞ NATO-nun bütün büdcəsini, demək olar, ödəyir və bununla da ticarətdə fırıldaq işlədən bir sıra ölkələri (onlar xərcin az bir hissəsini ödəyir və gülürlər)” qoruyur. Tramp qeyd edir ki, Avropa İttifaqı ABŞ ilə ticarətində 151 milyard qazanc əldə edir və o, müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır.

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin may ayına dair məlumatına görə, Almaniyanın müdafiə xərclərinin həcmi ÜDM-in 1,24 faizini təşkil edir və 2025-ci ilə bu göstərici 1,5 faizə çatmalıdır. Öz növbəsində, Almaniya kansleri Angela Merkel bu göstəricinin 2 faizə çata biləcəyini istisna etməyib.

Donald Tramp NATO ölkələrindən ÜDM-in heç olmasa 2 faizini müdafiə xərclərinə yönəltməyi tələb edir.

AzNews.az