- Köhnə - Dünya
- 14 İyun 2018 13:17
- 5 074
Rusiyada “Telegram” açılır? - Məhkəmə qərarı

Moskva şəhər məhkəməsi “Telegram” messencerinin bağlanması barədə qərarı qüvvədə saxlayıb.
Trend-in məlumatına görə, məhkəmə “Telegram” nümayəndələrinin apellyasiyasını təmin etməyib.
Vəkillər bu qərarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.
Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin müraciəti əsasında məhkəmə qərarı ilə “Telegram”ın fəaliyyətinə qadağa qoyulmuşdu.
AzNews.az