Ehtiyatsızlıq faciə ilə nəticələnə bilərdi

Türkiyədə sobanı yandırmağa çalışan ana və iki oğlu müxtəlif yerlərindən yanaraq xəsarət alıblar. Onları hadisə yerinə gələn yanğınsöndürənlər evdən çıxarıblar


Hadisə yerli saatla 06.00 radələrində Azadlıq məhəlləsi Əgəmən küçəsindəki mənzildə baş verib. Şahidlərin sözlərinə əsasən, Aişə Dağlı tezdən oyanaraq sobanı yandırmaq istəyib.

İki oğlunun olduğu otaqdakı sobanı yandırmağa çalışan ananın yandırdığı kağız parçası bir anda kresloların üzərinə düşüb. Kresloların alovlanması ilə böyüyən yanğın, evdəkiləri alovların içində buraxıb.

Bədənlərinin müxtəlif yerlərindən yaralanan ana və oğulları hadisə yerinə gələn yanğınsöndürmə işçilərinin səyi nəticəsində evdən çıxarılıblar. Hadisə yerinə gələn təcilli tibbi yardımın işçiləri yaralılara ilk müdaxiləni edib. Ana və uşaqları xəstəxanaya qaldırılaraq müalicə altına alınıb. Hadisə ilə əlaqədar ətraflı araşdırma aparılır.

Xəyalə Məmmədova
AzNews.az