Qətər hökuməti Səudiyyə Ərəbistanının qətərli zəvvarlara qarşı tətbiq etdiyi bir sıra qadağalarla əlaqədar BMT-yə müraciət edib. Qətər hökuməti Səudiyyə Ərəbistanının qətərli zəvvarlara qarşı tətbiq etdiyi bir sıra qadağalarla əlaqədar BMT-yə müraciət edib.

Qətər Səudiyyə Ərəbistanından BMT-yə şikayət etdi

Qətər hökuməti Səudiyyə Ərəbistanının qətərli zəvvarlara qarşı tətbiq etdiyi bir sıra qadağalarla əlaqədar BMT-yə müraciət edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Qətərin Milli İnsan Haqları Komitəsi BMT-nin İnsan Hüquqlar Baş Komissarlığına din və etiqad azadlığı ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Səudiyyə Ərəbistanının tətbiq etdiyi qadağalar səbəbindən qətərli zəvvar dini ibadətlərini yerinə yetirə bilmirlər. Bununla yanaşı, Qətərin Milli İnsan Haqları Komitəsinin sədri Əli bin Samih əl-Merri rəsmi Ər-Riyada ünvanladığı məktubda qeyd edib ki, təcili olaraq zəvvarların Həcc ziyarətini həyata keçirmələri üçün şərait yaradılsın. Qətər hökumətinin rəsmisi bildirib ki, Həcc ziyarətinin başlamasına az vaxt qalsa da Səudiyyə Ərəbistanı hökuməti Qətərə aviareyslərin açılmasına icazə verməyib.

İttihamlara cavab olaraq Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən bildiriblər ki, 2018-ci ildə Həcc ziyarəti ilə bağlı rəsmi Ər-Riyad 2 milyon zəvvar gözləyir. Qətərli zəvvarlara gəlincə, onlar Qətərə aid olmayan aviareyslərlə Ciddə Beynəlxalq Kral Abdulaziz Hava Limanına gətiriləcək.

Xatırladaq ki, ötən ilin iyununda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərlə diplomatik əlaqələri kəsib.

AzNews.az