Mahmud Abbas yenə xəstəxanaya getdi, bu dəfə...

Fələstin rəhbəri Mahmud Abbas Rəmallah şəhərində xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, o, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanıb.

Qeyd edək ki, M.Abbas bu ilin may ayında ağciyər iltihabından müalicə olunub. Daha öncə isə Fələstin lideri qulağından əməliyyat olunmaq üçün Ramallah xəstəxanasına yerləşdirilmişdi.

Xatırladaq ki, o, 2005-ci ildən Fələstinə rəhbərlik edir.

AzNews.az