Yaponiyanın “Tanita” şirkəti tərəfindən qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən yeni cihaz hazırlanıb. Yaponiyanın “Tanita” şirkəti tərəfindən qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən yeni cihaz hazırlanıb.

Yaponiyada maraqlı qurğu hazırlandı - Qoxu yoxlayan (Fotolar)

Yaponiyanın “Tanita” şirkəti tərəfindən qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən yeni cihaz hazırlanıb.

AzNews.az-ın məlumatına görə, bu cihaz “Tanita ES-100” adlanır.

Cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır. Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.

“Tanita ES-100” qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir.

Hazırda yalnız Yaponiyada satışa çıxarılan “ES-100” cihazı ciddi geyim tərzinə üstünlük verən şirkətlərdə çalışan kişilər üçün nəzərdə tutulub.

İstifadəsi isə çox rahat olsa da limitlidir. Belə ki, təlimata görə, sensordan 2 min dəfə istifadə etmək mümkündür.

AzNews.az

image description image description image description