ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutub. ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutub.

Tramp Merkeli tənqid etdi

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutub.

Trend-in məlumatına görə, amerikalı lider kansleri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda ittiham edir.

Montanada keçirilən mitinq zamanı çıxışında D.Tramp bildirib ki, Almaniya Aİ-nin ən böyük ölkəsi olduğu halda büdcədə müdafiə xərclərinə az pay ayırıb ki, bu qəbuledilməzdir.

D.Tramp daha sonra əlavə edib: "Sonra onlar gedir neft və qaza görə Rusiyaya milyardlarla dollar ödəyirlər, biz isə (yəni ABŞ) axmaq kimi qalan xərcləri ödəməliyik".

AzNews.az