Əfqanıstanın Qəzni əyalətində ardıcıl iki partlayış törədilib. Əfqanıstanın Qəzni əyalətində ardıcıl iki partlayış törədilib.

Əfqanıstanda iki partlayış - 3 uşaq öldü

Əfqanıstanın Qəzni əyalətində ardıcıl iki partlayış törədilib.

Trend-in məlumatına görə, hadisələr nəticəsində 3 uşaq həlak olub, daha 7 uşaq yaralanıb.

Qeyd olunur ki, yaralanan uşaqların vəziyyəti ağır qiymətləndirilir.

Yerli hökumət nümayəndələri partlayışların törədilməsində “Taliban” radikal hərəkatını ittiham edib. Lakin partlayışla bağlı məsuliyyəti hələ üzərinə götürən yoxdur.

AzNews.az