ABŞ-ın Corciya əyalətindəki Tammi Vaddel adlı müəllimin vəsiyyəti hər kəsin təəccübünə səbəb olub. ABŞ-ın Corciya əyalətindəki Tammi Vaddel adlı müəllimin vəsiyyəti hər kəsin təəccübünə səbəb olub.

Xərçəng xəstəsi olan müəllimin vəsiyyəti hər kəsi təəccübləndirdi - Fotolar

ABŞ-ın Corciya əyalətindəki Tammi Vaddel adlı müəllimin vəsiyyəti hər kəsin təəccübünə səbəb olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 30 illik pedaqoq təcrübəsi olan Tammi ötən ay xərçəng xəstəliyindən dünyasını dəyişib. Ömrünün sonuna yaxınlaşdığını öyrənən Vaddel sonuncu istəyini vəsiyyətində yazıb. Sağlığında aldığı maaşı yoxsul şagirdlərin təhsilinə sərf edən Tammi təntənəli dəfn mərasimi və məzarına gül-çiçək qoyulması əvəzinə, kilsəyə içi dəftərxana ləvazimatları ilə dolu çantalar qoyulmasını istəyib.

O, bunu həm qohumlarından, həm də 100-dək həmkarından istəyib. Vida mərasiminin keçirildiyi kilsəyə qoyulan çantalar daha sonra ehtiyacı olanlara paylanıb.

AzNews.az

image description image description image description image description image description