ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib. ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.

Nyu-Yorkda 75 yaşlı kişi Trampın tərəfdarlarını ölüm ilə hədələdi

ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, Martin Astrof şəxsi evinin yanında, Neskonset şəhərində saxlanılıb. Təqaüdçü Trampın tərəfdarlarını təhdid edib, həmçinin respublikaçı Li Zeldini aşağılayıb.

Astrof Saffolk dairəsində konqresmenlərdən birinin qərargahının əməkdaşları ilə dava edib, sonra isə avtomobillə Trampın tərəfdarlarını vurmaq istəyib. Təqaüdçü terror xarakteri təhdid törətməsində, həmçinin təhlükəli rəftarda ittiham edilir. O, məhkəməyə qədər həbsdə olacaq.

AzNews.az