Rusiya xüsusi xidmətlərinin əməkdaşları Birləşmiş Ştatlarda keçirilən seçkilərə müdaxilədə ittiham edilir. Rusiya xüsusi xidmətlərinin əməkdaşları Birləşmiş Ştatlarda keçirilən seçkilərə müdaxilədə ittiham edilir.

ABŞ Rusiyanı ittiham etdi

Rusiya xüsusi xidmətlərinin əməkdaşları Birləşmiş Ştatlarda keçirilən seçkilərə müdaxilədə ittiham edilir.

AzNews.az RİA-ya istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ Baş prokurorunun müavini Rod Rozenşteyn bəyan edib.

ABŞ-ın Demokrat partiyasının kompüter şəbəkəsinə haker hücumu olub. Buna görə isə ABŞ Ədliyyə Nazirliyi Rusiya xüsusi xidmətinin 12 əməkdaşını günahlandırır.

Bildirilir ki, onlar qeyri-qanuni olaraq əldə etdikləri məxfi məlumatı ictimailəşdiriblər.

ABŞ rəsmisi həmçinin bəyan edib ki, Rusiya xüsusi xidmətləri seçki komissiyasının saytına müdaxilə edərək 500 min seçicinin məlumatlarını mənimsəyiblər.

Bununla yanaşı qeyd edilir ki, bu, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərə bilməyib.