2018-ci ilin birinci yarısında qeyri-qanuni yollarla Almaniya ərazisinə keçmək cəhdlərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb. 2018-ci ilin birinci yarısında qeyri-qanuni yollarla Almaniya ərazisinə keçmək cəhdlərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb.

Miqrantlar Çexiya-Almaniya sərhədini keçməyə çalışırlar - Qanunsuz yolla

2018-ci ilin birinci yarısında qeyri-qanuni yollarla Almaniya ərazisinə keçmək cəhdlərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində AFR ərazisinə qeyri-leqal şəkildə gəlib çıxmış 21.435 miqrant alman polisi tərəfindən aşkar edilib.

Çexiya-Almaniya sərhədi üçün bu göstərici əvvəlki səviyyədə qalır: cari ilin ilk altı ayı ərzində Çexiya ərazisindən 2228 dəfə qeyri-leqal şəkildə sərhədi keçmək cəhdi qeydə alınıb. 2017-ci ilin birinci yarısında bu göstərici 1868 olub.

AzNews.az