MHP partiyasının rəhbəri Dövlət Bahçeli Andryu Brunson ilə bağlı açıqlama verib. MHP partiyasının rəhbəri Dövlət Bahçeli Andryu Brunson ilə bağlı açıqlama verib.

Bahçelidən Brunsonla bağlı açıqlama

MHP partiyasının rəhbəri Dövlət Bahçeli Andryu Brunson ilə bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, bir neçə gündür Türkiyədə PKK və digər terrorist təşkilatlarla əlaqəsinə görə 35 il həbs cəzası verilən amerikalı rahib Andryu Brunson haqda söz-söhbətlər davam edir. Hər 2 ölkənin bir sıra siyasətçiləri bu barədə öz münasibətlərini bildirib.

Bu gün isə MHP partiyasının rəhbəri Dövlət Bahçeli bu məsələ ilə bağlı öz açıqlaması ilə gündəmə damğa vurub.

Bahçelinin Tvitter vasitəsi ilə yaydığı açıqlamada deyilir:

"İllərlə müttəfiqlik etdiyimiz ABŞ, Yevangelistlərin təzyiqi ilə bir keşişi bəhanə edib Türkiyəni təhdid edir. Bu ayıbdır, stratejik əməkdaşlığa kölgə salmaqdır, həddi aşmaq deməkdir. ABŞ prezidenti bir keşişin arxasıyca düşməkdənsə FETÖ-cüləri nə vaxt iadə etmək haqda düşünməlidir. Türkiyə heç vaxt heç bir təzyiqə boyun əyməyib, əyməyəcək də. Təhdid heç vaxt türk milləti üçün bir vasitə olmayıb, olmayacaq da."

Qeyd edək ki, Türkiyə Endryu Kreyq Bransonun azadlığa buraxmayacağı halda, ABŞ tərəfi ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

Murad Abdulla