- Köhnə - Dünya
- 30 İyul 2018 13:10
- 3 479
Ən ucuz benzin bu ölkədədir

Venesuela benzinin ən ucuz qiymətinə görə birinci yeri tutub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" tərəfindən tərtib edilən reytinqdə deyilir.
Belə ki, bu ölkədə benzinin 1 litrinin qiyməti cəmi 1 sentdir.
İlk üçlükdə həmçinin İran (0,28 dollar/litr) və Küveyt (0,35) də qərarlaşıb.
Reytinqə görə, dünyada ən bahalı benzin Honkonq (2,09), Norveç (2,02) və Hollandiyadadır (1,93).
Əlavə edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 0,52 dollara bərabərdir.
AzNews.az